Evində 85 nəfərlik toy edən şəxs cərimələnib

Evində 85 nəfərlik toy edən şəxs cərimələnib
  24 İyul 2021    Oxunub:806
Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Kürsəngi kənd sakini Mehman Bəkirovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 85 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.


Azvision.az


Teqlər: Toy  





Xəbər lenti