Rusiya daşqınların pəncəsində: Soçini və Sibiri su yudu - VİDEO

    Rusiya daşqınların pəncəsində: Soçini və Sibiri su yudu -    VİDEO
  24 İyul 2021    Oxunub:1543
Rusiyanın müxtəlif bölgələrində güclü daşqınlar həyatı iflic edib. Güclü istilərdən sonra ölkənin Şimali Qafqaz və Sibir bölgələrinə leysan yağıb. Yağış nəticəsində Rusiyanın Krasnodar diyarının Soçi şəhərini su basıb.
Azvision.az xəbər verir ki, başda Kuban çayı olmaqla, Qara dənizə tökülən bütün çayların məcrasından çıxması nəticəsində Rusiyanın əsas kurort şəhəri olan Soçi sular altında qalıb.



Sibirdə, Baykalyanı diyarda, Çita, İrkutsk vilayətlərində və Buryatiyada leysan yağışı bütün çayları daşırıb və onlarla yaşayış mıntəqəsi su altında qalıb. Bölgədə onlarla körpünün və yolun tamamilə sıradan çıxdığı və fedaral avtomobil yolunun, Sibirlə Uzaq Şərqi birləşdirən Türksib yolunun bağlandığı bildirilir. Meteoroloqlar yağışların hələ davam edəcəyi bildirirlər.




Şahin Ömər
Azvision.az



Teqlər: Rusiya   Leysan  





Xəbər lenti