Tokio-2020-də Ruslan Lunyov finala yüksələ bilmədi

Tokio-2020-də Ruslan Lunyov finala yüksələ bilmədi
  24 İyul 2021    Oxunub:1427
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksələ bilməyib.
Azvision.az xəbər verir ki, 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Ruslan Lunyov yekunda 547 xal toplayaraq 20-ci yeri tutub. Bu nəticə isə onun həlledici mərhələyə çıxması üçün yetərli olmayıb.

Qeyd edək ki. daha əvvəl Azərbaycan cüdoçularından Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) olimpiada ilə vidalaşıb.

Azvision.az


Teqlər: Tokio-2020  





Xəbər lenti