ABŞ Əfqanıstanda "Taliban"ın mövqelərinə zərbələr endirib

ABŞ Əfqanıstanda "Taliban"ın mövqelərinə zərbələr endirib
  24 İyul 2021    Oxunub:1710
Son bir neçə gündə ABŞ Əfqanıstandakı radikal “Taliban” yaraqlılarına qarşı hava hücumlarının sayını artırıb.
Azvision.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Adı açıqlanmayan iki ABŞ rəsmisi bildirib ki, bu həftə ərzində ən azı dörd aviahücum həyata keçirilib. Bombalar, həmçinin “Taliban” qruplaşmasının “qala”sı hesab edilən Qəndəhar vilayətinə də atılıb.

Aviazərbələr Əfqanıstanın təhlükəsizlik qüvvələrinin istəyi ilə ya “Taliban”la toqquşmalarda onlara dəstək olmaq, ya da yaraqlıların əlinə keçən silahları və hərbi nəqliyyat vasitələrini məhv etmək üçün endirilib.

Nəşr Əfqanıstan Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən yazır ki, söhbət son aylara nisbətən ABŞ-ın "Taliban"a qarşı əməliyyatlarının əhəmiyyətli dərəcədə genişlənməsindən gedir.

Radikal hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahid isə baş verənləri ABŞ-ın "Taliban" ilə razılaşmalarının pozulması kimi qiymətləndirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti