"Sərhəd gərginliyi bizim üçün biabırçı şəkildə nəticələnəcək"- Malxasyan

   "Sərhəd gərginliyi bizim üçün biabırçı şəkildə nəticələnəcək"-   Malxasyan
  24 İyul 2021    Oxunub:2307
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Erməni mediası dünən sərhəd bölgəsində baş verən atışmaların İrəvan üçün ağır nəticələnə biləcəyini yazıb.
Azvision.az xəbər verir ki, bununla bağlı yerli mediaya açıqlama verən tanınmış erməni fəal Derenik Malxasyan yeni hərbi toqquşmaların onlara baha başa gələcəyinə işarə vurub:

Ermənistan-Azərbaycan dövlət sərhədində atışma davam edir
“Bu sərhəd gərginliyi bizim üçün biabırçı bir sülh müqaviləsi və ya buna bənzər bir şeylə nəticələnə bilər.Ölkənin başına gətirilən bədbəxtliyin mənbəyi sayılanlar hakimiyyətdə qalırsa, bu problemlər də təbiət qanunlarına uyğun olaraq davam etməlidir”.

Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma olması barədə məlumat yaymışdı. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurub.

Tural Tağıyev
Azvision.az




Teqlər:   Sərhəd   Ermənistan   Təxribat  





Xəbər lenti