Cüdoçularımızdan uğursuz başlanğıc - Tokio 2020

   Cüdoçularımızdan uğursuz başlanğıc -    Tokio 2020
  24 İyul 2021    Oxunub:1046
Azərbaycan idmançıları Tokio-2020 Olimpiadasında mübarizəyə qoşulublar. 60 kq-da çıxış edən cüdoçumuz Kəramət Hüseynov Böyük Britaniya təmsilçisi Ashley McKenzie üzərində qələbə qazanaraq 1/8 finala yüksəlsə də, növbəti mərhələdə uduzub.
Azvision.az xəbər verir ki, K.Hüseynov Gürcüstan cüdoçusu Lukum Tsxvimianiyə ipponla məğlub olaraq mübarizəni erkən başa vurmalı olub.

Qadın cüdoçumuz Aişə Qurbanlı (48 kq) isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzub.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.

Azvision.az



Teqlər: Olimpiada  





Xəbər lenti