Hacıqabul sakini "patı" ilə ələ keçdi

Hacıqabul sakini "patı" ilə ələ keçdi
  24 İyul 2021    Oxunub:1399
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Azvision.az -a verilən məlumata görə, burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.


Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti