Ermənistan fərarilərin sayını açıqladı: Hərbi Prokurorluq real rəqəmləri gizlədir?

  23 İyul 2021    Oxunub :830
   Ermənistan fərarilərin sayını açıqladı: Hərbi Prokurorluq real rəqəmləri gizlədir?
Ermənistan Hərbi Prokurorluğu İkinci Qarabağ müharibəsi zamanı fərarilik etmiş erməni hərbçilərin sayını açıqlayıb. Azvision.az xəbər verir ki, 44 günlük müharibə ərzində hərbi prokurorluq 51 fərarilik hadisəsini qeydə alıb.
Bu barədə hərbi prokurorun müavini Tiqran Ambaryan "Hraparak"ın sorğusuna cavab olaraq bildirib:

“10 mindən çox erməni hərbçi fərarilik edib” - Andranik Koçaryan
“2020-ci ildəki 44 günlük müharibə zamanı 51 fərarilik hadisəsi qeydə alındı ​​və bu hadisələrlə əlaqədar cinayət işləri başladıldı. Onlardan 49-u barədə ilkin istintaq aparılır, 1-i ittiham aktı ilə məhkəməyə göndərilib".

Ambaryanın sözlərinə görə digər bir iş üzrə isə döyüşdən qaçan hərbçinin təqsiri sübut olunmadığı üçün cinayət işinə xitam verilib.

Qeyd edək ki, Ermənistan ordusunda fərarilik hallarının sayının 10 mindən çox olduğu bildirilir. Bununla bağlı hətta deputat və hərbi ekspertlərin də açıqlamaları olub.

Misal üçün, yanvar ayında Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü olan Andranik Koçaryan ölkədə 10 mindən çox fərarinin olduğunu etiraf etmişdi.

“Bizim 10 mindən çox axtarışda olan vətəndaşımız var ki, onlar da xidmətdən yayınıblar”, -erməni deputat jurnalistlərə açıqlamasında deyib.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Fərari   Ermənistan  







Xəbər lenti