Füzulidə 4 erməni hərbçinin cəsədi tapılıb

 Füzulidə 4 erməni hərbçinin cəsədi tapılıb
  23 İyul 2021    Oxunub:1100
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha 4 erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Füzuli rayonunda aşkar edilib.

Onların şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1615 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Erməni   Cəsəd  





Xəbər lenti