Azərbaycanda erməni dilində hərbi sayt açıldı

Azərbaycanda erməni dilində hərbi sayt açıldı
  23 İyul 2021    Oxunub:1313
“Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yeni vəziyyət yaranıb. Azərbaycan bu müharibədən qələbə qazanaraq, çıxdı. Lakin Ermənistan və Azərbaycan arasındakı müharibə informasiya məkanında davam edir. Ermənistanın hazırkı hakimiyyəti və müxalifətdə olan keçmiş hakimiyyət nümayəndələri Qarabağla və Zəngəzurla bağlı təxribatçı çıxışlar edirlər. Bu onu deməyə əsas verir ki, Ermənistanın region ölkələrinə qarşı iddiaları hələ də qalmaqda davam edir”.
Bu sözlər yeni yaranan zinvor.info saytının kollektivinin yaydığı bəyanatdandır. Saytın baş redaktoru Şahin Qocayev bildirib ki, artıq Azərbaycanın qarşısında yeni hədəflər var:

- Azərbaycan xalqı tarixi torpaqlarına qayıdacaq. Dövlət başçımızın çıxışları Zəngəzur məsələsinin önəmini daha da artırır. Bütün bunları nəzərə alaraq, erməni dilində faəliyyət göstərən zinvor.info saytını yaratdıq. Məqsədimiz erməni dilində hərbi məsələlərə dair dəqiq məlumat və təhlillər verməkdir. Saytda Prezident İlham Əliyevin müharibə vaxtı və sonra səsləndirdiyi tarixi bəyanatlar, Zəngəzur məsələsi, Zəngəzur dəhlizi barədə tarixi və siyasi analizlər, müharibə dövründə Azərbaycan ordusunun qəhrəmanlığı barədə erməni dilində yazılar dərc olunur. Azərbaycan ordusunun müharibə zamanı göstərdiyi şücaət barədə videoxronika da təqdim olunub.



Teqlər: Media  





Xəbər lenti