"Taliban" Əfqanıstan sərhədlərinin 90% -nə nəzarət etmir - MN

  23 İyul 2021    Oxunub :427
"Taliban" Əfqanıstan sərhədlərinin 90% -nə nəzarət etmir -    MN
“Taliban” radikal hərəkatının Əfqanıstan sərhədlərinin 90% -nə nəzarət etdiyi barədə məlumatlar doğru deyil. Bu cür informasiyalar yalan təbliğata xidmət edir.
Azvision.az xəbər verir ki, bunu “AFP”ə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Fəvad Aman deyib.

"Bu, heç bir fakta əsaslanmayan məlumatdır. Nəzarət əfqan təhlükəsizlik qüvvələrinin əlindədir. Sərhəd boyunca bütün böyük şəhərlər və əsas marşrutlar bizim nəzarətimizdədir", - nazirlik rəsmisi bildirib.

Xatıladaq ki, iyul ayının əvvəlində "Taliban" Əfqanıstanın beş ölkə - İran, Tacikistan, Türkmənistan, Çin və Pakistanla sərhəd bölgələrində nəzarəti ələ keçirdiyini bəyan edib. Əfqanıstan Silahlı Qüvvələrinin yeni komandanı general Vali Məhəmməd Əhmədzayi söyləyib ki, ordu üçün prioritet ölkənin əsas şəhərlərini, sərhəd keçidlərini və magistral yollarını "Taliban" qrupundan qorumaqdır. Onun sözlərinə görə, "Taliban" liderləri əvvəlcə mal tədarükünün getdiyi əsas yolları kəsib, sonra şəhərlərə və bölgələrə hücum təşkil etmək niyyətindədirlər.

Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin çıxması fonunda Əfqanıstanda vəziyyət gərginləşib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan  







Xəbər lenti