Əfqanıstanın Pakistandakı səfiri təhdid olundu

  23 İyul 2021    Oxunub :326
Əfqanıstanın Pakistandakı səfiri təhdid olundu
Pakistanda naməlum şəxslər tərəfindən qaçırılaraq döyülən Əfqanıstanın bu ölkədəki səfirinin qızının hicabından təhdid dolu qeyd taplıb. Təhdidlər səfirə ünvanlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyindəki (XİN) mənbə məlumat verib.

Bundan əvvəl XİN Əfqanıstanın İslamabaddakı səfiri Nəcibullah Əlixilanın qızının evə gedərkən naməlum paytaxtda şəxslər tərəfindən qaçırıldığı, işgəncə verildiyi və daha sonra sərbəst buraxıldığı barədə açıqlama yayıb.

Məlumata görə, qızın hicabından “növbəti sənsən” yazılmış 50 Pakistan rupisi (0,3 dollar) olan əskinas tapılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan   Səfir   Təhdid  







Xəbər lenti