“Soçi” və “Keşlə” klublarının start heyətləri

“Soçi” və “Keşlə” klublarının start heyətləri
  22 İyul 2021    Oxunub:2149
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı vaxtı ilə saat 20:00-da start götürəcək “Soçi” və “Keşlə” komandalarının start heyətləri açıqlanıb.
Azvision.az xəbər verir ki, “Fişt” stadionunda keçiriləcək görüşdə “Keşlə” klubunun start heyətində Stanislav Namaşko, Tərlan Quliyev, Muyuşko Boyoviç, İlkin Qırtımov, Azər Salaxlı, Merab Qiqauri, Rəhman Hacıyev, Turan Vəlizadə, Felipe Santos, Amil Yunanov və Aldair Neto yer alıblar.

“Soçi” komandasının heyətində isə meydana ilk “11-lik”də Nikolay Zabalotnı, Timofey Marqasov, Danila Ploxin, Rodriqao, Mateo Baraç, Kiril Zaika, Nikita Burmistrov, Kristian Noboi, İbrahim Callaqov, Artur Yusipov və Marko Duqanjiç çıxacaqlar.

Görüşü albaniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Enea Yorci olacaq. Ona həmyerliləri Reydi Avdo və Ridiqer Çokay kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kridens Meta yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşmaya stadionun tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. Bu komandalar arasında cavab görüşü bir həftə sonra “ASC Arena”da keçiriləcək.

Azvision.az



Teqlər: Futbol  





Xəbər lenti