Lənkəranda bayram yarmarkası sakinləri sevindirdi

Lənkəranda bayram yarmarkası sakinləri sevindirdi
  15 Mart 2014    Oxunub:1193
Lənkəranda təşkil olunan bayram yarmarkasına 435 tondan çox ərzaq məhsulları çıxarılıb.
Martın 15-də Lənkəran şəhərindəki dəmiryolu vağzalı meydanında Novruz bayramı ilə əlaqədar yarmarkası təşkil edilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ənənəvi yarmarkada Lənkərаn və ətrаf rаyоnlаrdа, Bаkı şəhərində fəаliyyət göstərən 35 şirkət və fermer təsərrüfatları tərəfindən 435 tondan çox müxtəlif ərzaq məhsulları alıcılara bazar qiymətindən 25-30 faiz aşağı qiymətə təklif olunur.

Rayon sakinləri satış yarmarkasında satılan məhsulların qiymətindən və keyfiyyətindən razılıq edirlər.


Teqlər:





Xəbər lenti