ABŞ Rusiya və Çini kosmosda izləyəcək: İngiltərədə yeni radar quraşdırılır
Bu sistem yer kürəsindən 36 min kilometr məsafədə, yəni hərbi peyklərin istifadə etdiyi kosmik orbitlərdə potensial hədəfləri müəyyənləşdirəcək. Böyük Britaniyanın Müdafiə Nazirliyi artıq yeni radarın kosmosu daha təhlükəsiz vəziyyətə gətirmək qabiliyyətinə malik olduğunu bildirib. Rusiya mediası bu açıqlamanı Moskva ilə Pekinin peyklər əleyhinə fəaliyyətlərinin qarşısının alınacağına eyham vurulması kimi qiymətləndirib.
Qeyd edək ki, yeni radarın rəsmi adı "Deep Space Advanced Radar Capability, DARC"-dır. Sistemin istehsalını Amerika Kosmik və Roket Sistemləri Mərkəzi həyata keçirəcək.
Tural Tağıyev
Azvision.az