Ermənistanda Kacaran merinin azad edilməsi tələbi ilə aksiya keçirilib

Ermənistanda Kacaran merinin azad edilməsi tələbi ilə aksiya keçirilib
  21 İyul 2021    Oxunub:810
Ermənistanda Kacaran şəhərinin meri Manvel Paramazyan həbsdən azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilib.
Azvision.az bu barədə erməni KİV-lərə istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 8-də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Paramazyanın mənzilində axtarış aparıblar. Həmin gün Zəngəzur Mis-molibden kombinatında da axtarış həyata keçirilib. İyulun 9-da isə ona ittiham elan olunub. O, fırıldaqçılıq, rüşvət almaq və seçicilərin iradəsinin sərbəst ifadə edilməsinə mane olmaqda günahlandırılır. Paramazyan ittihamları qəbul etmir və bütün bunların siyasi təqiblərin bir hissəsi olduğunu düşünür.

Etirazçılardan biri deyib ki, Ermənistan müharibə vəziyyətindədir. Belə bir şəraitdə ölkədə birlik hökm sürməlidir. Bunun əvəzinə yenidən parçalanma tətbiq olunur və siyasi təqiblər həyata keçirilir. Nümayişdən sonra etirazçılar Kacaran küçələrində yürüş ediblər.

Xatırladaq ki, bir neçə gündür Paramazyana dəstək olaraq imza toplanır.

Azvision.az



Teqlər: Aksiya   Ermənistan  





Xəbər lenti