Avropa 3-cü Dünya Müharibəsinə doğru gedir- Lukaşenko

   Avropa 3-cü Dünya Müharibəsinə doğru gedir-   Lukaşenko
  21 İyul 2021    Oxunub:795
Belarus Prezidenti Aleksandr Lukaşenko Avropanın Minsk, Rusiya və Çinə qarşı hədəf aldığı hibrid müharibəsinin üçüncü dünya savaşına səbəb ola biləcəyini söyləyib.
Azvision.az xəbər verir ki, bu barədə Lukaşenko "Sky News Arabia"ya verdiyi müsahibədə bildirib.

"Bizə, Rusiyaya və hətta Çinə qarşı hibrid müharibə hədəfləyən avropalılar, yalnız güclü bir gərginlik ocağı yaratmırlar, eyni zamanda üçüncü dünya müharibəsinə doğru da gedirlər",-prezident deyib.

Lukaşenko Avropanın bu cür davranışlarının səbəbini onların siyasətlərində müstəqil olmamaları və ABŞ müstəmləkəçiliyində qalmaları ilə əlaqələndirib: "ABŞ və Qərbi Avropa ölkələri arasındakı münasibətlər, metropol ilə kolonya arasındakı əlaqələrdir".

Tural Tağıyev
Azvision.az



Teqlər: Belarus  





Xəbər lenti