Türkiyə "F-16"larının Polşada ilk uğuru: Rusiya təyyarəsi "tutuldu"- FOTO

  21 İyul 2021    Oxunub :808
      Türkiyə "F-16"larının Polşada ilk uğuru:   Rusiya təyyarəsi "tutuldu"-   FOTO
Türkiyənin "F-16" qırıcıları Polşada ilk patrul xidmətini uğurla həyata keçiriblər. Belə ki, NATO hava patrulu missiyası çərçivəsində Polşanın şimalında yerləşdirilən "F-16" qırıcıları iyulun 20-də naməlum təyyarəni "tutublar".
Azvision.az xəbər verir ki, bu barədə NATO Hava Komandanlığı "Twitter"də məlumat yayıb.
"Türk "F-16"-ları iyulun 20-də Malbork hava bazasında (Polşa-red.) hava patrulu missiyası çərçivəsində naməlum bir təyyarəni "tutmaqla" özünün ilk əməliyyatını reallaşdırıb",- məlumatda qeyd edilir.

Bildirilir ki, qırıcılar müttəfiqlərin hava sahəsini qorumaq, uçuş planı və ya transponder uçuşu olmayan təyyarələri təyin etmək üçün gecə-gündüz çalışırlar.



"Ukrinform" isə yazıb ki, "Twitter"də yayımlanan şəkillərdə "naməlum təyyarə"nin Rusiyanın dəniz kəşfiyyatı üçün istifadə edilən "İl-38"i olduğu aydın görünür.

Xatırladaq ki, iyulun 6-da dörd Türkiyə "F-16" çoxfunksiyalı qırıcısı xüsusi patrul missiyası üçün Polşaya gələrək Malbork hava bazasına enib. Missiya çərçivəsində İtaliya Hərbi Hava Qüvvələrinin döyüşçüləri hazırda Estoniyada, İspaniyanın Hərbi Hava Qüvvələri isə Litvada yerləşiblər.



Tural Tağıyev
Azvision.az

Teqlər: Türkiyə   F-16   Polşa  






Xəbər lenti