Gürcüstanda virusa yoluxmaların sayı artıb

Gürcüstanda virusa yoluxmaların sayı artıb
  21 İyul 2021    Oxunub:926
Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Son sutka ərzində ölkədə daha 2415 nəfər koronavirusa yoluxub, 943 nəfər müalicə olunaraq sağalıb, 26 pasiyent isə dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi saytında məlumat verilib.

Ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 393 min 360 nəfərə çatıb. Onların 368 min 73-ü sağalıb, 5618 nəfər pandemiyanın qurbanı olub. Hazırda ölkədə 19 min 643 aktiv koronavirus xəstəsi var.

Gürcüstanda Delta ştamına yoluxmaların da sayı artır. Hökumətin tapşırığına əsasən, Tbilisi Respublika Xəstəxanasında 350 yeni çarpayı qoyulub. Klinikada uşaqlar üçün də xüsusi çarpayılar yerləşdirilib.

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti