Sərhəddə gərginlik: "Taliban" 16 türkmən hərbçini öldürdü

  Sərhəddə gərginlik:   "Taliban" 16 türkmən hərbçini öldürdü
  21 İyul 2021    Oxunub:1056
Türkmənistanda 16 hərbçinin ölümü ilə bağlı müəmmalı durum yaranıb.
Azvision.az xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumata görə, ölkənin Əfqanıstanla sərhədi yaxınlığında iki zabit və 16 əsgər öldürülüb.

Qeyd edilir ki, yerli media səlahiyyətlilərin fərqli məlumat yaydığını yazıb. Belə ki, bütün hərbçilərin paytaxt Aşqabad yaxınlığında baş verən bir qəzada öldüyü açıqlanıb. Ancaq qurbanların yaxınları əsgərlərin Əfqanıstanla həmsərhəd olan Marıydan gətirildiyini iddia edirlər.

"Taliban"ın Əfqanıstanı güc yolu ilə ələ keçirməsi realdır - Rusiya XİN
“Dəfn mərasimində tabutları açmağı qəti şəkildə qadağan edən hərbçilər də olub. Qəza kimi təqdim olunan bu faciəvi hadisənin həqiqətən də "Taliban" qruplaşmasının Türkmənistanla sərhədlərdəki fəaliyyəti ilə əlaqəli olduğunu iddia edənlərin sayı çoxdur”,-deyə məqalədə yazılıb.

Qeyri-rəsmi məlumatlara görə, Aşqabad Əfqanıstanla sərhədə qoşun yığır və hərbçi ailələri isə həmsərhəd bölgələri tərk edirlər.

Xatırladaq ki, artıq neçə müddətdir Əfqanıstanda hökumət qüvvələri ilə ölkənin əhəmiyyətli ərazilərini ələ keçirən "Taliban" silahlıları arasında qarşıdurma yaşanır.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Taliban   Türkmənistan   Əfqanıstan  





Xəbər lenti