Moldova prezidentinin müşaviri eks-nazir müavini vurdu- VİDEO

  21 İyul 2021    Oxunub :437
   Moldova prezidentinin müşaviri eks-nazir müavini vurdu-   VİDEO
Moldova telekanallarından birində canlı debata qatılmış qonaqların çıxışı dava ilə bitib.
Azvision.az xəbər verir ki, "Jurnal TV"-nin verilişində iştirak edən siyasətçilərin söz atışması sonda ciddi qalmaqalla nəticələnib. Belə ki, Moldova prezidentinin müşaviri Sergey Tofilat və daxili işlər nazirinin keçmiş müavini Gennadi Kosovan gündəmdəki aktual mövzulardan birinin müzakirəsi zamanı mübahisə yaranıb.

Mübahisə siyasətçilərin bir-birinə stəkan atmaq və hətta yumruq davası ilə sonlanıb. Kosovan aldığı zərbədən tarazlığını itirərək yerə yıxılıb.



Şahidlərin sözlərinə görə, keçmiş nazir müavini huşunu itirib və studiyaya təcili yardım çağırılıb. Tərəflərin sonda barışdıqları əl sıxaraq birgə şəkil çəkdirdikləri bildirilir.



Tural Tağıyev
Azvision.az

Teqlər: Moldova   Dava  






Xəbər lenti