Rusiyada zibillikdə raket hissəsi tapılıb

Rusiyada zibillikdə raket hissəsi tapılıb
  21 İyul 2021    Oxunub:1389
Rusiyada maraqlı hadisə yaşanıb. Nijni Novqorod sakini zibil konteynerində portativ zenit raket kompleksi "İqla-S"-ə aid bir əşya tapıb.
Azvision.az xəbər verir ki, mütəxəssislər zibilliyə atılmış "İqla" hissəsinin təhlükəli olmadığını bildiriblər. Yerli polis bölməsindən verilən məlumata görə, bu qeyri-adi tapıntı bir neçə gün öncə baş verib:

"Səhər tezdən zibil qabılarından zibil yığan bir nəfər metal əşya tapıb. Raket hissəsi istintaqa göndərilib. İlkin məlumata görə, həmin hərbi təyinatlı əşyada partlayıcı yoxdur deyə təhlükə yaratmır. Yəni bu mərminin özü deyil".

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmalar aparırlar.

Qeyd edək ki, "İqla-S" hər növ təyyarə və helikopteri, eləcə də qanadlı raketləri olan kiçik hava hədəflərini günün istənilən vaxtında məhv edə bilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   Raket  





Xəbər lenti