"Azərbaycanlıların İrəvan restoranlarında necə əyləndiklərini görəcəyik"- Arutyunyan

   "Azərbaycanlıların İrəvan restoranlarında necə əyləndiklərini görəcəyik"-   Arutyunyan
  21 İyul 2021    Oxunub:7770
Tanınmış erməni jurnalist Karine Arutyunyan ölkəsinin aciz duruma düşməsi və hakimiyyətin səbatsızlığından gileylənib.

Azvision.az xəbər verir ki, o Ermənistan diplomatiyasının fiaskosu haqqında yazdığı məqalədə maraqlı fikirlər səsləndirib:
“Nə qədər ki, mövcud hökumətin diplomatiyası olmayacaq, Ermənistanda hazırda baş verən proseslər davam edəcək. Sərhədlərdə oğlanlarımız ya öləcəklər, ya da xəstəxanalara düşəcəklər. Bir gün minlərlə azərbaycanlının İrəvandakı restoranlarda necə əyləndiklərini görəcəyik. Yaxud da gölümüzdə balıq ovlamalarını...

Sülh bölgəmiz, xalqımız üçün çox lazımdır. Amma təəssüf ki, bu hökumət müharibədən əvvəl barışı inkar etdi və indi diplomatiyasını düşmənə qarşı ittihamlar, təhdidlər və beynəlxalq birliyin çiyinlərində durmaqla göz yaşları üzərində qurur.

Bu hökumətin heç bir diplomatiyası yoxdur. Hökumət ordusunu əzir, yüksək səviyyəli mütəxəssisləri ordu sıralarından təcrid edir və onları daha az bacarıqları olan başqaları ilə əvəz edir. Bu meymunlara səs verən seçicilərin 54% -i nə düşündü?”

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Diplomatiya  





Xəbər lenti