Çində metro tunellərinə su dolub, ölənlər var

Çində metro tunellərinə su dolub, ölənlər var
  21 İyul 2021    Oxunub:821
Çinin Henan əyalətinin mərkəzi olan Çjençjou şəhərində sel nəticəsində metro tunellərini su basıb.
Azvision.az -ın verdiyi xəbərə görə, güclü yağışlar səbəbindən şəhər metropoliteninin beşinci xəttinin üstündəki dayanacaqda çox miqdarda su yığılıb. Su sonradan tunelə dolub və yolları tutub. Metropoliten rəhbərliyi dərhal nəqliyyatın hərəkətini dayandırıb və xəttə elektrik enerjisinin verilişi kəsilib.

Metro əməkdaşları sərnişinlərin təxliyəsini təşkil edib və təxminən 500 nəfər tuneldən çıxarılıb. Yerli icra orqanları azı 12 nəfərin öldüyünü və daha beş nəfərin xəsarət aldığını açıqlayıb.

Azvision.az


Teqlər: Çin   MEtro  





Xəbər lenti