"Qarabağ"ın oyununun baş hakimi dəyişib

"Qarabağ"ın oyununun baş hakimi dəyişib
  20 İyul 2021    Oxunub:1136
"Qarabağ"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aşdod”la (İsrail) ilk matçının baş hakimi dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Görüşü polşalı Kşiştof Yakubik yox, ukraynalı referi Sergey Boyko idarə edəcək. Ona polşalı yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını da Polşadan Pyotr Lasyik yerinə yetirəcək.

İyulun 22-də keçiriləcək “Qarabağ” – “Aşdod” matçı saat 20:00-da start götürəcək.

Azvision.az



Teqlər: Qarabağklubu  





Xəbər lenti