"Baykar"ın bayram hədiyyəsi: Pilotsuz döyüş təyyarəsi - FOTOLAR + VİDEO

  20 İyul 2021    Oxunub :4015
   "Baykar"ın bayram hədiyyəsi: Pilotsuz döyüş təyyarəsi -    FOTOLAR + VİDEO
Türkiyənin “Baykar” şirkəti Qurban bayramı hədiyyəsi olaraq elan etdiyi sürprizini açıqlayıb. Belə ki, "Baykar"ın texniki direktoru Səlçuk Bayraktar istehsal ediləcək pilotsuz döyüş təyyarə sisteminin (MİUS) görüntülərini sosial mediada paylaşıb.
Azvision.az xəbər verir ki, Bayraktar bu layihənin xəyalını 12 ildən çoxdur qurduqlarını söyləyib.

- "Akıncı"nın kütləvi istehsalı və inkişafı ilə birlikdə işimiz son dövrdə pilotsuz döyüş təyyarəsinin hazırlanması layihəsi üzərində quruldu. Hazırda bu işi həyata keçirən bir neçə ölkə var. Pilotsuz döyüş təyyarələrimizin də gələcəkdə PUA-larımız kimi hava müharibə konsepsiyasını dəyişdirəcəyi proqnozlaşdırılır. Onların 5-ci nəsil döyüş təyyarələrinin yerini alacağı gözlənilir. Bayraktar TB3-də olduğu kimi, bu layihəmizi də tamamilə öz mənbələrimizlə idarə edirik, - Bayraktar açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq. Bundan sonrakı layihənin prototipləri isə səsin sürətindən çox olacaq.

"Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik. 1,5 tona yaxın sursat, ağıllı raketlər və qanadlı raketləri daşıya biləcək”, - o əlavə edib.

Bayraktar qeyd edib ki, hədəfimiz 2023-cü ildə superprototipin ilk uçuşunu həyata keçirməkdir.

"Katapult köməyi olmadan təyyarənin TCG Anadoludan (universal desant gəmisi) qalxmasını hədəfləyirik. Kabellərin və qarmaqların köməyi ilə gəmiyə enə biləcək".

Bayraktar sonda türk millətini, bütün İslam dünyasını Qurban bayramı münasibətilə təbrik edib.







Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bayraktar   PDT  






Xəbər lenti