İlin sonunadək Ermənistanı 240 min nəfər tərk edəcək - Manaseryan

   İlin sonunadək Ermənistanı 240 min nəfər tərk edəcək -    Manaseryan
  17 İyul 2021    Oxunub:1849
İlin sonuna qədər Ermənistanı 240 min insan tərk edə bilər. Əgər əvvəllər hər 10 mühacirdən 1-i Ermənistana qayıtmırdısa, indi hər 3 nəfərdən 1-i ölkəyə geri dönmür.
Azvision.az xəbər verir ki, bunu erməni iqtisadçı ekspert Tatul Manaseryan deyib.

2021-ci ilin yanvar-may aylarında Ermənistan iqtisadiyyatının analizini təqdim edən iqtisadçı rəqəmlərdə azalmanın olduğunu söyləyib. Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunun inkişafı üçün əlverişli şərtlər, minimal investisiyalar, turist axını, sənaye artımı və aşağı inflyasiya olduğu təqdirdə, cari ildə Ermənistan iqtisadiyyatı ən yaxşı halda 6,5-7% arta bilər. Əks təqdirdə, bu, 4-5% civarında olacaq.

Manaseryan, 2021-ci ilin birinci rübündə Ermənistanın ÜDM-də 2020-ci ilin eyni dövrünə nisbətən 3,3% azalmanın qeydə alındığını bildirib. Eyni zamanda, ilin sonuna nisbətən ÜDM 34,8% azalıb.

Xatırladaq ki, Ermənistanda işsizlik, sosial vəziyyətin ağırlığı və digər bu kimi səbəblərdən təkcə 4 ayda ölkəni tərk edənlərin sayı 80 min nəfərdən çox olub. İlin sonunadək bu rəqəmin dəfələrlə artacağı istisna deyil.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti