Şahin Mustafayev Çavuşoğlu ilə görüşdü

Şahin Mustafayev Çavuşoğlu ilə görüşdü
  16 İyul 2021    Oxunub:1766
Daşkənddə keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da inkişafı, energetika, nəqliyyat layihələri haqqında geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüşdən sonra Şahin Mustafayev deyib: “Bu gün Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasının beş ili tamam olur. Bu hadisə türk xalqının birliyini nümayiş etdirdi. Türkiyədə bu hadisələr başlayan gündən Azərbaycan Prezidenti İlham Əliyev və xalqımız türk qardaşlarımızın yanında oldu, onları dəstəklədi.

44 günlük Vətən müharibəsi zamanı da Türkiyə dövləti və xalqı Azərbaycanın yanında oldu, bizə siyasi, mənəvi dəstək verdi. Biz buna görə Türkiyə dövlətinə və xalqına minnətdarıq”.

Azvision.az

Qalereya




Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti