Millimizin üzvü BƏƏ klubuna keçib

Millimizin üzvü BƏƏ klubuna keçib
  16 İyul 2021    Oxunub:1998
Futbol üzrə Azərbaycanın milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə “Sabah”dan ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə klubun saytında məlumat verilib. 24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçu bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin yüksək liqa təmsilçisi “Əl-Əyn” klubundan çıxış edəcək. Bu komandanı tanınmış ukraynalı mütəxəssis Sergey Rebrov çalışdırır.

Qeyd edək ki, müdafiəçi 2019-cu ildən “Sabah”da çıxış edirdi.


Teqlər: BƏƏ   Futbol  





Xəbər lenti