Energetika Nazirliyi 2 056 müraciətə baxıb

Energetika Nazirliyi 2 056 müraciətə baxıb
  13 İyul 2021    Oxunub:1791
Bu ilin II rübündə Energetika Nazirliyində, onun tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyində və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində istehlakçı hüquqlarının qorunması, elektrik və istilik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji və digər məsələlərlə bağlı ümumilikdə 2 056 müraciətə baxılıb.
Bu barədə Azvision.az -a Nazirlikdən məlumat verilib. Daxil olan müraciətlər əsasən enerji təchizatı şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, borc və cərimələr, qazlaşdırma, sayğaclarda yaranan qüsurlar, icazələr, işlə təminat, müxtəlif mövzularla bağlı sorğular və digər məsələləri əhatə edib.

Rüb ərzində 1 040 müraciət müvafiq qaydada araşdırılaraq cavablandırılıb, 668 müraciət hazırda icradadır, 348 müraciət isə məlumat xarakterlidir.

Hesabat dövründə Nazirlik və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri 12 video qəbul təşkil edib, vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Bu dövrdə Nazirliyin "Facebook" səhifəsi vasitəsilə 20 müraciət daxil olub ki, bu müraciətlər aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib, bəzi sorğular isə müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.

Azvision.az


Teqlər: Energetika  





Xəbər lenti