Sumqayıtın "Tır parkı"nda mərmi tapılıb

Sumqayıtın "Tır parkı"nda mərmi tapılıb
  10 İyul 2021    Oxunub:1551
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində "Tır parkı" adlanan ərazidə sursat aşkar olunması barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a bildirilib ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri xilasetmə işlərinə cəlb olunub.

Pirotexniklər tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri görülüb və aşkar olunmuş sursata baxış keçirilib.

Döyüş tətbiqinə yaralı, 85 millimetrlik top mərmisi olduğu müəyyən edildikdən sonra həmin sursat zərərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb. Top mərmisinin tapıldığı ərazidə aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.


Azvision.az


Teqlər: FHN   Mərmi  





Xəbər lenti