İntihara cəhd edən şəxs xilas edilib

İntihara cəhd edən şəxs xilas edilib
  10 İyul 2021    Oxunub:943
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az -ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti