Yevlax sakini itkin düşüb - FOTO

Yevlax sakini itkin düşüb -    FOTO
  10 İyul 2021    Oxunub:1065
Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Elvin Hüseynli itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, onunla ailəsi sonuncu dəfə iyul ayının 3-də Bakı şəhərində olarkən əlaqə saxlayıb. Həmin vaxtdan sonra E.Hüsyenlidən heç bir məlumat yoxdur.

26 yaşlı E.Hüseynlinin əlamətləri: gözlərinin rəngi qəhvəyi, üzü seyrək tüklü, idmançı bədən quruluşlu, ortaboyludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az


Teqlər: Yevlax  





Xəbər lenti