Qobuda 29 yaşlı şəxs yanaraq öldü

Qobuda 29 yaşlı şəxs yanaraq öldü
  10 İyul 2021    Oxunub:950
Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib. Hadisə nəticəsində evin əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, yanğın yerinin kəşfiyyatı zamanı 1992-ci il təvəllüdlü Höcətov Ülfət Cümşüd oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti