Azərbaycan nefti 3 %-ə yaxın bahalaşıb

Azərbaycan nefti 3 %-ə yaxın bahalaşıb
  10 İyul 2021    Oxunub:1017
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin dəyəri 1,93% artaraq 1 barelə görə 75,55 dollar təşkil edib.
Azvision.az -ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,22% artaraq 74,56 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,17 ABŞ dolları, yaxud 2,9 % artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,77 ABŞ dolları təşkil edib.



Azvision.az


Teqlər: Neft  





Xəbər lenti