Miqrasiya Xidmətindən daha bir vacib layihə

 Miqrasiya Xidmətindən daha bir vacib layihə
  09 İyul 2021    Oxunub:1232
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim mərkəzinin açılışı baş tutub. AzVision.az xəbər verir ki, mərkəz Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən yenidən qurulub.
34 nəfərin eyni vaxtda təhsil almasına imkan yaradacaq təlim mərkəzinin açılış lentini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və TİKA sədri Serkan Kayalar kəsib. Yaradılan şəraitlə tanış olan Vüsal Hüseynov və Serkan Kayalar görülən işlərdən razılıqlarını ifadə ediblər.

Kayalar və Hüseynov jurnalistlərə açıqlamalarında iki qurum arasındakı əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıblar.
Qeyd edək ki, mərkəz müəllimlər otağı, qəbul otağı və təlim mərkəzi bölümlərindən ibarətdir. 34 nəfərin eyni vaxtda təhsil almasına imkan yaradan təlim mərkəzində Azərbaycanda yaşayan və daimi yaşama icazəsi almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün dövlət dilinin, tarixinin, mədəniyyətinin, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrədilməsi prosesi həyata keçirilir.

S. Həsənova
Azvision.az


Teqlər: MiqrasiyaXidməti   TİKA  





Xəbər lenti