Prokurorluqdan polis rəisinin intiharı ilə bağlı açıqlama

 Prokurorluqdan polis rəisinin intiharı ilə bağlı açıqlama
  09 İyul 2021    Oxunub:1002
İyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti