Kürdə iki nəfər batıb

Kürdə iki nəfər batıb
  08 İyul 2021    Oxunub:921
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) 2 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hazırda axtarışlar aparılır.

İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: Kür  





Xəbər lenti