Çayda boğulanların cəsədləri tapılaraq ailələrinə təhvil verilib

Çayda boğulanların cəsədləri tapılaraq ailələrinə təhvil verilib
  06 İyul 2021    Oxunub:883
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı il təvəllüdlü Şirinli Murad Bəxtiyar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun da axtarışları başa çatıb. Ə.Bəbirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər:





Xəbər lenti