Şabran sakini polisi maşınla vurub öldürdü

Şabran sakini polisi maşınla vurub öldürdü
  06 İyul 2021    Oxunub:1151
Şabranda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyulun 6-da saat 01.30-da Şabran şəhərinin ərazisində şəhər sakini Ə.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub və nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti