Cibimizdəki casus: İzlənildiyimizi necə anlaya bilərik?

      Cibimizdəki casus:  İzlənildiyimizi necə anlaya bilərik?
  05 İyul 2021    Oxunub:1971
Demək olar ki, hər kəs ən azı bir dəfə bu narahatçılığı keçirib: Görəsən, məni dinləmirlər ki?! Halbuki, bunu müəyyənləşdirmək üçün bəzi məqamlara diqqət yetirmək kifayətdir.
Telefonda müşahidə edilən dəyişikliklər dinlənmə ehtimalını gücləndirən səbəblərdəndir. Bu gün başqasının telefonuna dinləmə proqramı yerləşdirmək çox asandır. Gələn hər hansı mesaja cavab yazmaq, musiqi, foto və ya video yükləməklə casus proqramlarının qurbanına çevrilə bilərik.

IT-Reserve şirkətinin direktoru Pavel Myasoyedov bildirir ki, mobil telefona üçüncü şəxsin qoşulduğunun ən əsas əlamətlərindən biri telefonun batareyasının tez boşalmasıdır. Buna görə də, arxa planda işləyən proqramların fonunda müəyyən hərəkətləri yerinə yetirərkən, məsələn, telefonda danışarkən və ya mesaj yazarkən batareya istehlakına diqqət yetirmək lazımdır.

Bundan başqa zənglər zamanı telefonun səbəbsiz qızmasına da diqqət yetirməliyik, əvvəllər bu cür hal baş verməyibsə, xüsusilə diqqətli olmalıyıq.

Bu məsələ ilə bağlı Kp.ru saytı yazır ki, hazırda kibercinayətkarların istifadə etdiyi proqramlar daha ağıllıdır və yalnız lazımi anda işə düşür. Rusiyanın Milli Xəbər Xidməti (НСН) isə yazır ki, bu üsulla onlar gizliliklərini qoruyurlar.

Mütəxəssislər, həmçinin, mobil telefonlarda müxtəlif tətbiqetmələrin istifadəsi şərtləri ilə razılaşarkən smartfonun kameralarına və mikrofonuna giriş istəyinə diqqət etməyə çağırırlar.

Ekspert qeyd edib ki, dinləmə proqramları mobil rabitə kanallarından da istifadə edir ki, bu da, trafik itkisinə səbəb olur . Bu hal xüsusilə yazışmaların izlənilməsinə cəhdlər zamanı hiss olunur. Demək, mobil telefonu trafik sərfiyyatını diqqətdə saxlamaq lazımdır.

Telefondan qeyri-xarakterik səslər gəlməsi , söndürərkən gecikmə və ya onun özü-özünə yanıb-sönməsi dinlənildiyindən xəbər verir.

Telefonun dinlənildiyinin başqa bir əlaməti də, son danışıqların məzmununa hədəflənmiş bir dinləmə üsulu imiş. Əgər sizə son danışdıqlarınızla bağlı naməlum nömrədən reklam xarakterli bildiriş gəlirsə , bilin ki, sizin mobil telefonunuz məhz bu üsulla dinlənilir. Bu cür şübhəli hallar baş verərsə, cihazı söndürüb, dərhal müvafiq xidmət mərkəzinə müraciət etməniz məsləhətdir.

Azvision.az


Teqlər:





Xəbər lenti