Niyə baharda sevirik ?

Niyə baharda sevirik ?
  29 Mart 2013    Oxunub:1749
Havalar isinməyə başlayanda ürəyimiz sevib-sevilmək arzusu ilə coşur.
Baharın gəlişilə təbiətin canlandığı bir vaxtda insanların qəlbində eşq duyğusu yenidən cücərir

Bəs bunların səbəbi nədir?

Türkiyə alimləri baharın gəlişi ilə aşiq olma arzusunun səbəblərini belə izah edirlər...

Bioritmimiz günəş işığına qarşı çox həssasdır. Yazda daha çox günəş işığı alırıq və hormonlarımızda bir sıra dəyişikliklər meydana gəlir.

Xoşbəxtlik hormonu olan serotonin artmağa başlayır. Bunun sayəsində müsbət hislərə köklənir, gələcəyə xoş ümidlər bəsləyirik.

Havaların isinməsilə bərabər çiyinlrimizdə daşıdığımız yüklərdən qurtulur və özümüzü həyat keçməkeşlərindən azad olmuş kimi hiss edirik.

Bununla yanaşı buna ətraf mühitin və milli mentalitetimizin də təsiri böyükdür. Yaz aylarında daha çox çölə- bayıra, gəzintiyə çıxırıq. Bununla da qarşılaşma imkanlarımız çoxalır.

Qeyd edək ki, bütün bunlar yalnız siz özünüzü yeni bir sevgiyə açıq və hazır hiss etdiyinizdə gerçəkləşə bilər. Odur ki, cəsarətli olun və sevin! Bircə addım kifayətdir...

AzVision.az


Teqlər:  





Xəbər lenti