AVRO-2020: Danimarka-Çexiya matçının ilk hissəsində iki qol vuruldu- YENİLƏNİB
Birinci hissədə qolları T.Dileyni (5-ci dəqiqə) və K.Dolberq (42-ci dəqiqə) vurublar.
****
Bakı Olimpiya Stadionunda AVRO-2020-nin dörddəbir final mərhələsi çərçivəsində keçirilən Çexiya-Danimarka millilərinin qarşılaşmasında hesab açılıb.
Azvision.az xəbər verir ki, oyunun 5-ci dəqiqəsində Danimarkanın oyunçusu T.Dileyni komandasını hesabda önə çıxarıb 1:0.
***
Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda dörddəbir final mərhləsinin matçı keçirilir.
Azvision.az xəbər verir ki, saat 20:00-da Bakı Olimpiya Stadionunda Danimarka və Çexiya millilərinin qarşılaşması başlayıb.
Qeyd edək ki, oyunun qalibi yarımfinalda İngiltərə-Ukrayna cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər matçında İtaliya və İspaniya üz-üzə gələcək.
Qeyd edək ki, AVRO-2020 çərçivəsində Bakıda A qrupunun üç matçı keçirilib. İyunun 12-də ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0, iyunun 20-də İsveçrəyə 3-1 hesab ilə məğlub olub.
Turnirin yarımfinal və final matçları Londonun "Uembli" stadionunda baş tutacaq.
Azvision.az
Teqlər: Futbol