Fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb

Fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb
  03 İyul 2021    Oxunub:1294
İyulun 02-də Ağsu rayonunun Qaravəlli kəndində Əlqahin Əliyevin iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azvision.az -a Ağsu Rayon Prokurorluğundan bildirilib. Aparılan araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən Əlqahin Əliyev inşa edilən meyvə soyuducu anbarının tikintisi zamanı iş görərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.

Azvision.az



Teqlər: Ağsu  





Xəbər lenti