Asteroid öldürməyib: Dinozavrlarla bağlı məşhur mifə son qoyuldu

      Asteroid öldürməyib:    Dinozavrlarla bağlı məşhur mifə son qoyuldu
  01 İyul 2021    Oxunub:6600
Dinozavrların sayı Yer kürəsinə məşhur asteroidin düşməsindən və qlobal soyuqlaşmadan xeyli qabaq azalmağa başlayıb. Bunu Fransa, Kanada və ABŞ-dan olan paleontoloqlar “Nature Communications” jurnalında dərc olunan məqalədə sübut ediblər.
Orijinalını buradan oxuya biləcəyiniz məqalədə alimlər dinozavrların 6 əsas ailəsinin inkişaf dinamikasını araşdıraraq, onların sayının 76 milyon il bundan əvvəl azalmağa başladığını üzə çıxarıblar. Yer kürəsinə məşhur asteroidin düşməsi isə bundan təxminən 10 milyon il sonra baş verib.
Emin Əmrullayev "Cisco" şirkətinin nümayəndələri ilə görüşüb

Tədqiqatçılar öz işlərində PyRate və “bayes statistikası” kimi yeni metodlardan istifadə ediblər. Onlar Təbaşir dövrünə aid 247 növü (ankilozavr, seratopsid, hadrozavr, dromeozavr, troodont və s.) əhatə edən 1600 tapıntını analizə daxil ediblər. Bəlli olub ki, dinozavrların çiçəklənmə mərhələsi erkən təbaşir dövrünə təsadüf edib, son Təbaşirə doğru isə onlar inkişaflarının zirvəsinə çatıblar. 76 milyon il əvvəl nəhəng kələzlərin nəslinin ixtisarı prosesi yeni növlərin əmələ gəlməsini üstələyib. Xüsusilə otyeyən dinozavrların arasında yeni növlər daha gec-gec yaranmağa başlayıblar.



Məsələn, Təbaşir dövrünün kampan qatında (83-72 milyon il bundan əvvəl) sertatopsların 15 növü var idi. Lakin Maastrixt qatında cəmi iki növə rast gəlinir. Bunlar növ rəngarəngliyi ən sürətlə azalan dinozavrlardır. Ən ləng azalan isə hadrozvarlardır (“ördəkburun” dinozavrlar): Eyni dövrdə onların növlərinin sayı 20-dən 13-ə düşüb.



Bu faktları izah etmək üçün alimlər Doğuluş və Ölümün Çoxölçülü Modelindən istifadə ediblər. Model göstərib ki, qlobal temperaturun düşməsi və otyeyən dinozavr növlərinin sürətlə azalması ümumilikdə bu nəhəng heyvanlarının kökünün kəsilməsinin əsas drayveri olub.



Hadrozavrların yeni növlərinin yaranması otyeyən dinozavrların digər növlərinin azalması ilə müşayiət olunub. Çünki onlar başqa növlərin yeyə bilmədikləri bitkilərlə qidalandıqlarından, qida uğrunda mübarizədə üstünlük əldə ediblər. İqlimin dəyişməsi ilə Hadrozavrların dominantlığı faktı birlikdə ekosistemin sabitliyinin pozulmasına gətirib çıxarıb, o isə zəncirvarı nəsilkəsilmə prosesinə təkan verib.

Samir Quliyev
Azvision.az



Teqlər: Elm  





Xəbər lenti