Azərbaycan neftinin qiyməti 76 dolları keçib

   Azərbaycan neftinin qiyməti 76 dolları keçib
  30 İyun 2021    Oxunub:1557
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 74,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 73,36 dollar olub.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,65% artaraq 76,05 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti