Daha iki marşrut “BakıKart”a keçdi

Daha iki marşrut “BakıKart”a keçdi
  28 İyun 2021    Oxunub:2496
Sabahdan 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. - Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

"Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb", - məlumatda qeyd edilib.

Azvision.az





Teqlər: Bakıkart  



Xəbər lenti