Slovakiyada kommunist rejiminə xidmət edənlərin pensiyası azaldılacaq

  24 İyun 2021    Oxunub :428
Slovakiyada kommunist rejiminə xidmət edənlərin pensiyası azaldılacaq
Slovakiya hökuməti kommunist Çexoslovakiya rejiminin tərəfdarları olan vətəndaşlara pensiya ödənişlərini azaltmağı qərar verib.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.Belə bir qanunun ölkə parlamenti tərəfindən iyunun 23-də qəbul edildiyi bildirilir.

Beləliklə, bu normativ akta uyğun olaraq bəzi vətəndaşların kommunist rejiminin zamanında olan iş stajları nəzərə alınmayacaq.

Konkret şəxslərin - kommunist rejiminə qulluq etmiş vətəndaşların siyahısı xüsusi institut tərəfindən tərtib edilməlidir. Təxminən 5 min insanın bu siyahıya düşəcəyi gözlənilir.

Tural Tağıyev

Azvision.az

Teqlər: Pensiya   Slovakiya  






Xəbər lenti