Ürəyi dayanan sərnişin 6 saat tramvayda qaldı

Ürəyi dayanan sərnişin 6 saat tramvayda qaldı
  24 İyun 2021    Oxunub:1016
İsveçrənin paytaxtı Sürix şəhərində xoşagəlməz hadisə yaşanıb.
Azvision.az xəbər verir ki, tramvaya minən 64 yaşlı kişi ürək tutmasından ölüb. Sərnişinlərin diqqətindən yayınan bu faciə nəticəsində yaşlı Sürix sakininin meyiti 6 saat tramvayda qalıb.

"20 Minuten" portalının yazdığına görə, mərhum işə gedərkən tramvaydan şəhərin mərkəzinə enməli imiş. Onun oğlu portala bildirib ki, təxminən altı saat sonra sərnişinlərdən biri kişinin ölməsini sezib. Tramvay sürücüsü təcili yardım xidmətinə müraciət etsə də gec olub.

Tural Tağıyev
Azvision.az



Teqlər: Tramvay  





Xəbər lenti