ABŞ bütün xarici qüvvələrin Liviyadan çıxarılmasına çağırıb

ABŞ bütün xarici qüvvələrin Liviyadan çıxarılmasına çağırıb
  24 İyun 2021    Oxunub:753
ABŞ Dövlət Departamenti yenidən bütün xarici qüvvələrin Liviyadan çıxarılmasına çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Cou Hud bildirib.

"Xarici oyunçular, keçən il oktyabr ayında atəşkəs razılaşmasının şərtlərinə əməl edərək Liviyanın suverenliyini bərpa etmək istəyinə hörmət göstərməlidirlər”, - amerkalı rəsmi vurğulayıb.

Çərşənbə günü adı açıqlanmayan ABŞ Dövlət Departamentinin nümayəndəsi Rusiya ilə Türkiyənin xarici qüvvələrin Liviyadan çıxarılması məsələsini müzakirə etmək imkanları barədə razılığa gəldiklərini söyləyib.

"Onları və digər tərəfləri bütün xarici qüvvələri ölkədən dərhal geri çəkməyə çağırırıq", - Hud deyb.

Onun fikrincə, Liviya üçün ən yaxşı yol seçkilərdən sonra liviyalıların iradəsini təmsil edəcək hökumətin təhlükəsizlik məsələsində hansı ölkə ilə əməkdaşlıq edəcəyi barədə qərarı olacaq. Hud ABŞ-ın seçkilərdə bu ölkəyə kömək etmək istədiyini söyləyib.
.
"Təhlükəsizlik məsələsi şübhəsiz ki, heç bir hökumət qurumuna tabe olmayan silahlı qrupların sərbəst hərəkət etdiyi və hücumlar həyata keçirdiyi ölkənin bir çox bölgələrində problem olacaq. Liviyada uzun müddət seçkilər keçirilmədi. Ona görə də insanları seçkilərə hazırlamaq lazımdır".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Liviya   Qoşun  





Xəbər lenti